• Bir neçə söz….

    Heç bir söz, heç bir cümlə həqiqəti izah edə bilməz.
    Çünki onların belə bir qabiliyyəti yoxdur. Onlar, yalnız bəhs etdikləri şeyi işarə edərlər. Sözlərin, cümlələrin və sözlərin işarə etdikləri şeyləri anlamaq yalnız o şeylərə tam şahid olmaq və yaşamaqla mümkündür. Həyatın bir mənası varmı?
    Hər kəs bu mövzuda bir şey söyləyə bilər.Kimiləri bir-birindən fərqli şeylər söyləyəcək.Kimiləri də eyni şeyləri söyləyəcək.Həyatın mənası mövzusunda eyni şeyləri söyləyənlər həqiqətən eyni şeylərdənmi bəhs edirlər?
    Tamamilə tərəfsiz baxsaq, hər insanın iç dünyasının digər insanlara görə sonsuz fərqlilik və müxtəliflik göstərdiyini görərik.Bu da hər kəsin eyni söz və cümlələrə fərqli mənalar yükləməsinə gətirib çıxarar. Buna görə insanlar, həyat sözünə də bir-birlərindən fərqli mənalar yüklərlər. Həyatın heç bir mənası olmadığını söyləyənlər də yalnız bir oyun olduğunu söyləyənlər də olacaq.Yaxşı bəs həqiqət nədir?İnsanın həyatı dadsız, rəngsiz və dözülməzdir. Həyata bir məna yükləmək, adamın həyatına eşqdən və sevgidən uzaq məcbur etmə bir dad və rəng verər. Artıq onun, ağrılı və çətinliklə doluhəyatını davam etdirməsi üçün bir miqdar bəhanəsi var. Həyatın bir mənası yoxdur.Həyat bir oyundur. Bu, insanların oyun deyə qəbul etdiyi şeydən çox fərqlidir. Bu oyunda birdən çox rolumuz ola bilər. Və detallarını istədiyimiz kimi təyin edə bilmərik. Kainatda yer və zamandan müstəqil işləyən bir güc həyatımızın bütün detallarını təyin edər. O güclə tam uyğunsunuzsa, həyat oyununuz sonsuz zövq alacağınız gözəlliklər və xoşbəxtlik ilə doludur. O güclə uyğunlaşmasanız həyatınız,çətinliklər və ağrılarla dolu olacaq. İşin maraqlı tərəfi ondadır ki, sizin özünüz, sözünü etdiyimiz o görünməz gücdür.

    Bookmark and Share

  • Ölümündən sonra

    GFGFElmin Paşa, insan ruhunun dünya üzərində yaxşılıq gücü olduğuna inanan bir insan idi. İdealist idi, hər insanın, həyatındakı çağırışı qəbul etsə, gerçək bir fərq yarada biləcəyinə qüvvətlə inanardı.

    Sadə bir insan idi. Böyük kitabları, günbatımını, ulduzlarla dolu gecələri və hərdənbir qalın bir dilim şokoladlı keksi çox sevərdi. Hamısından çox da insanları sevər, həyatını onların gerçəkdə kim olduqlarını kəşf etmələrinə köməkçi olaraq keçirərdi.

    Zamanında çox səhvlər etmişdi. Amma onlardan dərs aldı. Bir çox acı çəkdi, amma bunlar sayəsində böyüdü.

    O heç bir zaman qorxularından qaçmadı. Tərsinə, onlara doğru qaçdı, belə etməklə də azadlığına qovuşdu. Xüsusi idi, cəsur idi və sevgi dolu idi.

    O dünən gecə 81 yaşında öldü. Bir çox həyatı təsir etdi və yoxluğunda çox darıxılacaq.

    Bookmark and Share

  • Nəriman Həsənzadə – Super bir şeir…

    Sizin qızınızla görüşürük biz
    Gedirik gah yolla,gah kənar izlə
    Bunu mən bilirəm, siz bilmirsiniz
    O gəlir sizin öz icazənizlə

    Tələbə yoldaşı,rəfiqəsi var
    İşi də çox olur,bəzən dərsi də
    Mənəm qızınızın,necə deyərlər
    “Tələbə yoldaşı”, “rəfiqəsi” də

    Mən başa düşürəm siz anasınız
    ürəyə sığılmış adi həyəcan
    O evə dönüncə nigaransınız
    Evdə olanda da mən nigaranam

    uncamino_unutmaBir ömrün mənzili uzaq, ya qısa
    Məhəbbət, doğmalıq, hansı qədimdir?
    O sizin incə bir qızınızdısa
    O mənin yeganə səadətimdir

    Siz də heyransınız, mən də bu qıza
    Kimin qapısından o keçməlidir
    Dünya elədir ki, biri tapırsa
    Biri, təbiidir… itirməlidir

    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi, isməti
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur, mənim qismətim

    Gərək daralmasın bu eşqə həyat
    Deməyin biz kimik,nəçiyik,nəyik
    Yad ikən doğmayıq, doğma ikən yad
    Dünya qəribədir, biz qəribəyik

    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında əyilib aləm
    Mən də baş əyirəm, vidalaşıram
    Qızınız gələcək mən getməliyəm…

    Bookmark and Share