Heç bir söz, heç bir cümlə həqiqəti izah edə bilməz.
Çünki onların belə bir qabiliyyəti yoxdur. Onlar, yalnız bəhs etdikləri şeyi işarə edərlər. Sözlərin, cümlələrin və sözlərin işarə etdikləri şeyləri anlamaq yalnız o şeylərə tam şahid olmaq və yaşamaqla mümkündür. Həyatın bir mənası varmı?
Hər kəs bu mövzuda bir şey söyləyə bilər.Kimiləri bir-birindən fərqli şeylər söyləyəcək.Kimiləri də eyni şeyləri söyləyəcək.Həyatın mənası mövzusunda eyni şeyləri söyləyənlər həqiqətən eyni şeylərdənmi bəhs edirlər?
Tamamilə tərəfsiz baxsaq, hər insanın iç dünyasının digər insanlara görə sonsuz fərqlilik və müxtəliflik göstərdiyini görərik.Bu da hər kəsin eyni söz və cümlələrə fərqli mənalar yükləməsinə gətirib çıxarar. Buna görə insanlar, həyat sözünə də bir-birlərindən fərqli mənalar yüklərlər. Həyatın heç bir mənası olmadığını söyləyənlər də yalnız bir oyun olduğunu söyləyənlər də olacaq.Yaxşı bəs həqiqət nədir?İnsanın həyatı dadsız, rəngsiz və dözülməzdir. Həyata bir məna yükləmək, adamın həyatına eşqdən və sevgidən uzaq məcbur etmə bir dad və rəng verər. Artıq onun, ağrılı və çətinliklə doluhəyatını davam etdirməsi üçün bir miqdar bəhanəsi var. Həyatın bir mənası yoxdur.Həyat bir oyundur. Bu, insanların oyun deyə qəbul etdiyi şeydən çox fərqlidir. Bu oyunda birdən çox rolumuz ola bilər. Və detallarını istədiyimiz kimi təyin edə bilmərik. Kainatda yer və zamandan müstəqil işləyən bir güc həyatımızın bütün detallarını təyin edər. O güclə tam uyğunsunuzsa, həyat oyununuz sonsuz zövq alacağınız gözəlliklər və xoşbəxtlik ilə doludur. O güclə uyğunlaşmasanız həyatınız,çətinliklər və ağrılarla dolu olacaq. İşin maraqlı tərəfi ondadır ki, sizin özünüz, sözünü etdiyimiz o görünməz gücdür.




