• Sagol demirem…Helelik olsun….

    Herkesi salamlayir ve r_vm5m41i3rnyv0n989it0Bu bloga diqqet gosterenlere oz minetdarligimi bildirirem..Yaxsiki varsiniz…Ama 1 illik bu blog cox ehtimalki aktiv olmayacaq…Insallah Allah omur vererse 1 ilden sora yeniden fealiiyetimiz davam edecek…Herkese tesekkur edirem…

    kim istese oz serhini yaza biler…

    Sevgilerle:
    Elmin Paşa……

    Bookmark and Share

  • Öyrəndim ki….

    Öyrəndim ki, kimi isə sizi sevməyə məcbur etmək lazım deyil. Sadəcə, özünüzü seviləcək insan edin. Gerisini qarşı tərəfin ixtiyarına buraxın.
    Öyrəndim ki, həyatda qiymətli şeyləri mübahisəsiz qazanmaq mümkün deyilmiş…
    Öyrəndim ki,çətinliklərdən çıxmaq sadəcə öz əlimizdədir…
    Öyrəndim ki,şöhrət günəş altında əriyib gedən bir buzdur..Onun gözəlliyinə aldanmaq insanı sadəcə uçuruma aparır…
    Öyrəndim ki, müvəffəqiyyətə gedən yol heç vaxt asan olmayıb…
    Öyrəndim ki, sürətlə getmək heçəd həmişə irəlidə getmək deyilmiş…
    Öyrəndim ki, şirin bir sözdə böyük yaxşılıq imiş…
    Öyrəndim ki, inam qazanmaq üçün illər lazımdır, amma onu itirmək üçünsə sadəcə bir dəqiqə…
    Öyrəndim ki, həyatda nələrə sahib olduğun deyil, kimlərlə olduğun önəmli..
    Öyrəndim ki, insanların başına nə gəldiyi deyil, o durumda nə etdikləri önəmli..
    Öyrəndim ki, qarşılıq vermək düşünməkdən daha asandır.
    Öyrəndim ki, bütün sevdiyin insanlarla mehribanlıqla ayrılmaq lazımdır vəziyyət necə olursa olsun.. Çünki, bunların hansı son görüşdür onu heç kəs bilmir…
    Öyrəndim ki, qəhrəman dediyimiz insanlar bir şey etmək lazım olduğunda edilməsi lazım olanı şərtlər nə olursa olsun edirlər.
    Öyrəndim ki, bəzi insanlar bizi çox sevir amma bunu necə ifadə edəcəklərini bilmirlər..
    Öyrəndim ki, pul ən ucuz uğurdur…
    Öyrəndim ki, ən yaxşı dostlar o dostlardır ki, hansı vəziyyətdə olursan ol onların sənin yanında olması sənə ruh verir..
    Öyrəndim ki, yıxıldığın anda səni əzəcəklərini düşündüyün bəzi insanlar səni qaldırmaq üçün əllərini uzada bilərlər..
    Öyrəndim ki, iki insan eyni şeyə baxıb tamamilə ayrı-ayrı şeylər görə bilərlər..
    Öyrəndim ki, aşıq olmanın və eşqi yaşamanın çox növləri var..
    Öyrəndim ki, hər zaman vicdanına hesab verənlər həyatda daha gərəkli insanlardır.

    Bookmark and Share

  • Əsas daxili gözəllikdi….

    Çində bir adam hər gün boynuna saldığı qalın çubuğun iki ucuna asdığı vedrələrlə evinə su daşıyırmış…Bu vedrələrdən www_yeniresim_com_-_Sanat_Resimleri_-_Karakalembirinin qırağında çartlaq varmış…Digəri isə heç qüsursuz və çartlaqsız imiş: və hər səfərində bu qüsursuz vedrə adamın doldurduğu suyun hamısını daşıyar,evə çatdırarmış…Çartlaq olanı isə evə yarım olaraq çatdırırmış.İKi il hər gün bu şəkildə keçmiş.Adam hər iki il hər iki vedrəni su ilə doldurarmış ama evə çatanda sadəcə 1,5 vedrə qədər su qalırmış…Təbiki qüsursuz və çartlaqsız olan vedrə öz vəzifəsini mükəmməl etdiyi üçün qürurlanırmış.Fəqət yazıq çartlaq və qüsurlu olan vedrə ÇoX utanırmış.Doldurulan suyun yalnız yarısını evə çatdıra bildiyi üçündə ÇoX üzülürmüş.İki ilin sonunda bir gün işini düzgün edə bilməyən vedrə bulağın kənarında adama belə demiş:
    “Özümdən utanıram.Bu an kənarımdakı çatlaq səbəbiylə sular evə çatana qədər axıb gedir…”
    Adam gülümsəyərək vedrəyə demiş:
    “Görmədin yolun sənin tərəfində olan hissəsi çiçəklərlə doludu…Ama qüsursuz vedrənin tərəfində heç yoxdu.Çünki mən əvvəldən bəri sənin qüsurunu çartlağını bilirdim…Sənin tərəfinə çiçək toxumları əkdim…Və hər gün o yolda mən su daşıyarkən sən onları suladın…2 ildir o gözəl çiçəkləri toplayıb masamı bəziyirəm.Sən qüsursuz olsaydın o çartlağın olmasaydı evimə belə gözəllik və zəriflik verməyəcəkdim” deyə cavab vermiş.
    Əslində hər birimizin çartlaq vedrə kimi özünə məxsus qüsurları vardır…
    Fəqət sahib olduğumuz bu qüsurlar və çartlaqlardır həyatımızı maraqlı edən,mükafatlandıran,rəngləndirən…
    Ətrafınızdakı hər insanı olduqları kimi qəbul edin…Onlardakı qüsurları deyil,daxillərindəki gözəllikləri görün…

    Bookmark and Share